YarıDone nədir?

YarıDone kart Sizlərə restoran, əyləncə, gözəllik və digər müxtəlif sahələrdə eyni anda endirim və cashback təqdim edən elektron kartdır. YarıDone kart sahibləri www.yaridone.com saytında gündəmdə olan yüzlərcə endirim və cashback təkliflərindən yararlana biləcək.

YarıDone necə işləyir?

YarıDone mobil tətbiqi yükləyib və ya www.yaridone.com saytına daxil olub qeydiyyatdan keçərək yarıdone elektron kartınızı əldə edirsiniz. Kart sahibi olmaq üçün heç bir ödəniş etmirsiniz.

Mobil tətbiqdə qeyd olunan məkanlarda ödəniş edərkən şəxsi profilinizə daxil olub elektron yarıdone kartınızı təqdim edirsiniz.

Getdiyiniz məkanda hesabı ödəyərkən məkanın məsul şəxsi mobil tətbiqdə xüsusi QR kodunuzu oxudaraq hesabı qeyd edir və siz tərəfdən bu təsdiqləndikdən sonra proses yekunlaşır.

YarıDone mobil tətbiqi mövcuddurmu?

Əlbəttə, istifadəçilərimizin rahatlığı üçün YarıDone mobil tətbiqini istifadəyə vermişik. Artıq hər bir YarıDone istifadəçisi mobil tətbiqi telefonuna yükləyərək istənilən anda istifadə edə biləcək.