Tez-tez Verilən Suallar

Əsas suallar

YarıDone nədir?

YarıDone Sizlərə restoran, əyləncə, gözəllik və digər müxtəlif sahələrdə eyni anda endirim və cashback təqdim edən mobil tətbiqdir. YarıDone istifadəçiləri www.yaridone.com saytında gündəmdə olan yüzlərcə endirim və cashback təkliflərindən yararlana biləcək.

YarıDone istifadəçisi necə ola bilərəm?

YarıDone istifadəçisi olmaq üçün App Store və ya Play Store-dan "YarıDone" mobil tətbiqini yükləyib və ya www.yaridone.com saytı vasitəsilə qeydiyyatdan keçməyiniz kifayətdir. Qeydiyyatdan keçdikdən sonra şəxsi hesabınızda "Profil" bölməsində virtual YarıDone kartınızı və üzərindəki fərdi əsaslarla hazırlanmış 16 rəqəmli kod qeyd ediləcəkdir.

YarıDone-dan istifadə üçün nə qədər ödəniş tələb olunur?

YarıDone kartını əldə etmək üçün heç bir ödəniş tələb edilmir. Qeydiyyatdan keçib kartınızı əldə etdikdən sonra təqdim edilən endirim və cashback-lərdən yararlana biləcəksiniz. Göstərilən xidmət müqavilində qazandığınız hər cashback-dən 20% komissiya haqqı olaraq çıxılır. Bu məbləğ balansınız yüklənəndə qeyd olunur.

YarıDone-dan necə istifadə edilir?

Endirim təkliflərindən yararlanmaq üçün getdiyiniz məkanda hesab ödəyərkən YarıDone mobil tətbiqində şəxsi profilinizə daxil olaraq xüsusi QR kodu təqdim edirsiniz. Administrator və ya ofisiant fərdi əsaslarla hazırlanmış xüsusi QR kodu oxudur, və istifadəçinin təsdiqi ilə proses tamamlanır.

Mənim YarıDone hesabımdan başqa şəxslər istifadə edə bilərmi?

YarıDone hesabınızdan yalnız Siz istifadə edə bilərsiniz.

YarıDone mobil tətbiqi hər yerdə keçərlidir?

YarıDone mobil tətbiqi yalnız www.yaridone.com saytında sayı günbəgün artan aksiyalar çərçivəsində keçərlidir.

YarıDone istifadəçisi olmaq üçün yaş limiti var?

YarıDone istifadəçisi olmaq üçün 14+ yaş kateqoriyasına aid olmalısınız.

YarıDone mobil tətbiqindən ay ərzində nə qədər istifadə edə bilərəm?

Hər bir YarıDone mobil tətbiq istifadəçisi ay ərzində istənilən qədər xidmətdən istifadə edə bilər.

Cashback balansımda olan məbləği necə əldə edə bilərəm?

Keşbek balansınızı bank kartı və ya Portmanat elektron pulqabı vasitəsilə əldə edə bilərsiniz. Keşbek balansınız minimum 20 AZN olduqda, bank kartı və ya Portmanat hesabınıza köçürülə bilər. Cashback məbləğinizin bank kartınıza köçürülməsi üçün şəxsiyyət vəsiqənizin surətini və bank kartınızın məlumatlarını info@yaridone.com email adresimizə göndərməyiniz vacibdir.

Cashback məbləği balansıma yüklənmədikdə nə etməliyəm?

Əgər hər hansı bir səbəbə görə YarıDone mobil tətbiqindən istifadə etdikdən sonra keşbek məbləği balansınıza yüklənməyibsə mütləq şəkildə qəbzi özünüzdə saxlayın və info@yaridone.com -a göndərin.

Dostumu YariDone-a dəvət edərək necə əlavə qazanc əldə edə bilərəm?

Hər bir YarıDone virtual kart istifadəçisi dəvət etdiyi hər dostuna görə 20% əlavə cashback qazana bilər. Bunun üçün sadəcə şəxsi profilinizdə "dostunu dəvət et" bölməsinə daxil olub xüsusi promo kodu istədiyiniz şəxslərlə bölüşürsünüz. Dəvət etdiyiniz hər bir şəxs sizin promo kod ilə YarıDone mobil tətbiqində qeydiyyatdan keçdikdə, onun YarıDone virtual kartı ilə qazandığı hər bir cashback məbləğindən 20% əlavə olaraq sizin balansınıza gəlir. Qeyd: 20% əlavə cashback-i YarıDone olaraq biz öz hesabımızdan sizə ödəyirik. Bu məbləğ dəvət etdiyiniz şəxsin cashback balansından çıxılmır.

Dostumdan gələn gəliri necə istifadə edə bilərəm?

"Dostumdan gəlir" bölməsində toplanan vəsait kəşbək balansınızla cəmlənib 20 AZN dəyərində olduqda, cəmi məbləğ Portmanat və ya bank kartı hesabınıza köçürüləcəkdir.